"Ermənistan prezidentinin bəyanatdan kənara çıxması düzgün deyil" - Nazir

"Ermənistan prezidentinin bəyanatdan kənara çıxması düzgün deyil" - Nazir
13:28 18 Oktyabr 2017
32 Digər
Ölkə mətbuatı
A- A+

"Bəyanat birgə bəyanatdır. Bəyanatın bütün mətnini prezidentlər diqtə edib. Ermənistan prezidentinin məsuliyyətsiz şəkildə bəyanatdan kənara çıxması düzgün deyil".

Publika.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, danışıqlar substantiv olmalıdır: "Həmsədrlərin danışıqları ilin sonuna kimi necə aparmaq barədə konkret təklifləri var. Onlar təklif ediblər ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşü olsun. Əsas məqsəd müzakirələri konkret aparmaqdır. Görüşün yeri və tarixi isə hələlik məlum deyil".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/217453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR