Azərbaycan XİN başçısı: "Sarqsyanın bəyanatları məsuliyyətsizcə bəyanat çərçivəsini aşmaqdır"

Azərbaycan XİN başçısı: "Sarqsyanın bəyanatları məsuliyyətsizcə bəyanat çərçivəsini aşmaqdır"
13:42 18 Oktyabr 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar substantiv olmalıdır".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-də Cenevrədə keçirilən görüşünü şərh edərkən deyib.
"Prezidentlərin birgə bəyantını görmüsünüz. Sarqsyanın bundan sonrakı bəyanatlarına gəlincə, məsuliyyətsizcə bəyanat çərçivəsini aşmaq düzgün deyil. Substantiv danışıqlar aparmalıyıq. Həmsədrlər yaxın zamanlarda xarici işlər nazirləri səviyyəsində görüş keçirilməsini təklif etdi. Əsas odur ki, danışıqlar konkret olmalıdır", - E.Məmmədyarov bildirib.
O, belə bir görüşün yeri və vaxtı barədə daha sonra məlumat veriləcəyini də əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-xi-n-bascisi-sarqsyanin-beyanatlari-mesuliyyetsizce-beyanat-cercivesini-asmaqdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR