Kitabxanaya "bomba qoyuldu" - Moskvada

Kitabxanaya "bomba qoyuldu" - Moskvada
13:52 18 Oktyabr 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada polis əməkdaşları anonim zənglərdən sonra Kursk və Paveletsk vağzallarında, eləcə də Rusiya Dövlət Kitabxanasında axtarışlar aparılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu binalarda bomba qoyulması barədə zənglərdən sonra təxliyələr aparılıb.

Qeyd olunur ki, bu gün Moskvanın Yaroslavl vağzalında da axtarışlar aparılıb. Burada 450 nəfər təxliyə olunub.

Zənglərdən heç biri öz təsdiqini tapmayıb.

Xatırladaq ki, bomba qoyulması barədə anonim zənglər dalğası sentyabrın 11-dən başlayaraq bütün Rusiyanı bürüyüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR