"Real" Harri Keyni transfer etmək istərdi"

"Real" Harri Keyni transfer etmək istərdi"
13:52 18 Oktyabr 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının son 2 mövsümünün qalibi "Real Madrid" "Tottenham"in müqavimətini qıra bilməyib - 1:1.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid klubunun sabiq prezidenti Ramon Kalderon oyun barədə fikir bildirərkən rəqibin əsas qol silahı Harri Keyni də tərifləyib.

"Real" həmişə ən yaxşı futbolçular axtarır. Klubun heyətində top futbolçular olmalıdır ki, onlar yeni sponsor, brendlər cəlb etsin və gəlir qazansın. Bu pullar investisiya qoyub sonra qənaət etməyə imkan verir. Güman edirəm ki, "Real" Harri Keyni transfer etmək istərdi. Bu, futbolçu və məşqçinin istəyindən asılı olan məsələdir. Şübhəsiz, Keyn möhtəşəm futbolçudur. Onu ucuz qiymətə almaq olmayacaq. Kriştianu Ronaldonu 80 milyon avroya transfer edəndə mənə axmaq deyirdilər. İndisə gəldiyimiz nöqtəyə baxın. Transferə 150 milyon avro xərclənsə, normaldır. Xərclərin həddini artıq bilirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR