"Artıq qorxmuram: o, məni zorladı" - Olimpiya çempionu - FOTO

"Artıq qorxmuram: o, məni zorladı" -  Olimpiya çempionu - FOTO
14:12 18 Oktyabr 2017
127 Maraqlı
Ölkə mətbuatı
A- A+

İkiqat Olimpiya çempionu, sabiq gimnast, ukraynalı Tatyana Qutsu sabiq SSRİ yığmasında komanda yoldaşı olmuş belorus Vitali Şerbonu təcavüzdə suçlayıb.

Milli.Az bildirir ki, T.Qutsu bunu Facebook-dakı profilində yazıb.

"Artıq qorxmuram və deyirəm ki, məni 1991-ci ildə, Almaniyanın Ştutqart şəhərində keçirilən yarış zamanı zorlayıblar. Vitali Şerbo bu qədər illər ərzində öz qorxularımın əsirliyində olmağımın səbəbkarı, monstrdır. Sən artıq məni sındıra bilməzsən", - T.Qutsu yazıb.

Onun sözlərinə görə, sovet komandasındakı digər idmançılar ona yardım etməyiblər.

"Özümə rəfiqə hesab etdiyim Tatyana Toropova - sənə minnətdaram ki, dayağına, yardımına o qədər ehtiyac duyduğum zaman cəsarətli davranmadın. Rüstəm Şarimov, çox sağ ol ki, dostunu elə müdafiə etdin, mənə, 15 yaşlı balaca qıza yardım etmədin", - ukraynalı gimnast yazıb.

45 yaşlı V.Şerbo 6 dəfə Olimpiya çempionu olub, gimnastika üzrə SSRİ-nin əməkdar idman ustası, 4 dəfə dünya çempionu olmuş şəxsdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR