"Sarkisyan məsuliyyətsiz şəkildə..."

Ermənistan prezidenti Serj Sarkisyan məsuliyyətsiz şəkildə Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatın çərçivəsindən kənara çıxıb.

Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, bu, prezidentlərin birgə bəyanatı idi: “Serj Sarkisyanın məsuliyyətsiz şəkildə bu bəyanatın çərçivəsindən kənara çıxması düzgün deyil”.

O qeyd edib ki, münaqişənin nizamlanması üzrə danışıqlar substantiv olmalıdır:

"ATƏT-in Minsk qrupunun həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var. Əsas odur ki, konkret danışıqlar aparılsın”.//Trend

Bu kanalda yayımlanacaq - "Qarabağ"- "Atletiko Madrid" - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR