Ukrayna Rusiya ilə hərbi sahədə imzaladığı daha bir müqaviləni ləğv edib

Ukrayna Rusiya ilə hərbi sahədə imzaladığı daha bir müqaviləni ləğv edib
14:27 18 Oktyabr 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Ukrayna Nazirlər Kabineti Rusiya hökuməti ilə imzalanmış hərbi təyinatlı məhsulların istehsalında iştirak edən təşkilat və xüsusi müəssisələrin mühafizəsi haqqında müqavilənin fəaliyyətini dayandırıb.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu qərar Ukrayna hökumətinin oktyabrın 18-də keçirilən iclasında qəbul olunub.
Sənəd 2000-ci il dekabrın 21-də Moskvada imzalanıb və 2005-ci il martın 4-də qüvvəyə minib.
Qeyd edək ki, cari ilin avqustunda Ukrayna Nazirlər Kabineti Rusiya ilə hərbi təyinatlı məhsulların üçüncü dövlətə ixracı haqqında hökumətlərarası razılaşmanın da fəaliyyətini dayandırmışdı. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ukrayna-rusiya-ile-herbi-sahede-imzaladigi-daha-bir-muqavileni-legv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR