Dünyanın yeganə peşəkar su pərisi odur - FOTO

Dünyanın yeganə peşəkar su pərisi odur - FOTO
14:27 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"Bu işə başlayanda çoxları rişxənd edir, ya da şübhələrini dilə gətirirdilər. Kimsə inanmırdı uğur qazana biləcəyimə. Lakin hər şey yaxşı oldu və budur, su pəriləri məktəbim var".

Avstraliyanın Pert şəhərində yaşayan 32 yaşlı Ketrin Qrey dünyanın yeganə peşəkar su pərisidir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Ketrinin sözlərinə görə, 5 yaşında "The Little Mermaid"ə tamaşa edəndən sonra su pərisi olmaq fikrinə düşmüşdü.

O, indi su pərisi kimi tanınır. Ketrin Qrey həm də sualtı çəkilişlərə qatılan peşəkar model və sualtı trüklar ustasıdır.

"Xəyal etdiyim işlə məşğulam. Su altında trükları yerinə yetirəndə, köpəkbalıqları və delfinlərlə üzəndə xüsusilə həzz alıram. Çəkic köpəkbalıqları və pələng köpəkbalıqları ilə birlikdə üzmək də əladır", - Ketrin Qrey deyib.

2012-ci ilin mayında isə o, neopren və lateksdən su pərisi "geyimi" hazırlayaraq su altında üzməyə başlayıb.

İndi o, sualtı çəkilişlərin ulduzudur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR