"Total": OPEC+ anlaşması 2018-ci ilin sonunadək uzadılmalıdır

"Total": OPEC+ anlaşması 2018-ci ilin sonunadək uzadılmalıdır
14:52 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ OPEC və ona daxil olmayan ölkələr (OPEC+) neft hasilatının azaldılması ilə bağlı 2018-ci ilin mart ayının sonunda bitən anlaşmanı ən azı 2018-ci ilin ilin sonuna qədər uzatmalıdır. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Fransanın "Total" şirkətinin rəhbəri Patrik Puyanne (Patrick Pouyanne) verib.
"Əgər OPEC+ anlaşmasının effektivliyini istəyiriksə, o zaman anlaşma ən az 2 il davam etməlidir. 3-4 il ərzində neft bazarında ehtiyatların artıqlığı müşahidə olunursa, neft bazarının sabitləşməsi üçün zaman lazım olur", - deyə Puyanne "Oil and Money" konfransında bildirib.
"Total" rəhbəri bununla yanaşı qeyd edib ki, neft bazarında tədricən sabitləşmə gedir.
Qeyd edək ki, OPEC+ anlaşmasının iştirakçısı olan ölkələrin nazirlər səviyyəsində növbəti sammiti noyabrın 29-da Vyanada keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/total-opec-anlasmasi-2018-ci-ilin-sonunadek-uzadilmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR