Bakı və Abşeronda bir neçə yerdə sürüşmə aktivləşdi

Bakı və Abşeronda bir neçə yerdə sürüşmə aktivləşdi
14:57 18 Oktyabr 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri və Abşeron rayonunda sürüşmə sahələrində vəziyyət açıqlanıb.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Zığ, Masazır qəsəbəsində "Zəli" gölü və Hökməlidə Nübar qəsəbəsi sürüşmə sahələrində aktivlik müşahidə edilir. Ekspedisiya rəisinin sözlərinə görə, sürüşmə sahələrinin aktivləşməsinə atmosfer yağıntıları səbəb olub.
 
Ə. Qaralov qeyd edib ki, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Qala qəsəbəsi və Binəqədi subasma sahələrində də aktivlik qeydə alınıb, nəticədə həmin ərazilərdə qrunt sularının səviyyəsi qalxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/591435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR