Klopp: ""Maribor" bəzi səbəblərə görə oyuna arxayın çıxmışdı"

Klopp: ""Maribor" bəzi səbəblərə görə oyuna arxayın çıxmışdı"
15:22 18 Oktyabr 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul" Çempionlar Liqasının cari mövsüm qrup mərhələsində ilk qələbəsini darmadağınla qazanb. "Qırmızılar" səfərdə "Maribor"a futbol dərsi keçib - 7:0.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "mersesaydlılar"ın baş məşqçisi Yurqen Klopp qələbəni şərh edib.

"Biz olduqca yaxşı oyun keçirdik. İlk saniyələrdən komandam tapşırıqlarıma məsuliyyətlə yanaşdı. Oyundan sonra mənə dedilər Çempionlar Liqasında rekord müəllifi olmuşuq. "Liverpul"un zəngin tarixi barədə dəfələrlə danışmışıq. Buna görə tarix yazmaq xoşdur. Bu nəticəni təkrarlamaq çətin olacaq. 7:0 hesabı nadir qeydə alınır. Hesab yaxşı oynadığımızı sübut edir. Məncə, "Maribor" bəzi səbəblərə görə oyuna arxayın çıxmışdı. Amma onlar da pis komanda deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR