Azərbaycanda builki pambıq yığımının həcmi 100 min tona çatıb

Azərbaycanda builki pambıq yığımının həcmi 100 min tona çatıb
15:42 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 99 619,5 ton məhsul təhvil verilib. 
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, bunun 3 140,53 tonu ötən gün pambıq tədarük olunub.
Qeyd edək ki, bu il ölkə üzrə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçala rayonlarında əkilib.
Məhsul yığımının həcminə görə, Saatlı rayonu öndə olub. Bu rayondan 15 971,4 ton məhsul təhvil verilib. 
Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 596 ton pambıq tədarük olunmuşdu.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-builki-pambiq-yigiminin-hecmi-100-min-tona-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR