"Qarabağ" - "Atletiko" oyunundan sonra azarkeşlər üçün ödənişsiz avtobuslar ayrılıb

"Qarabağ" - "Atletiko" oyunundan sonra azarkeşlər üçün ödənişsiz avtobuslar ayrılıb
15:57 18 Oktyabr 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Qarabağ" komandasının bu gün Bakı Olimpiya Stadionunda İspaniya "Atletiko"su ilə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından sonra azarkeşlər üçün xüsusi avtobus ayrılacaq. 
"Report"un məlumatına görə, Ağdam komandası ilə Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi arasındakı danışıqlar nəticəsində belə bir razılıq əldə olunub. 
Bu addım oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərin gedəcəyi ünvanlara rahat çatdırılması məqsədilə atılıb. Qarşılaşmanın ardından stadion ərazisindəki xüsusi avtobus dayanacaqlarından 20 Yanvar, 28 May və Qara Qarayev metro stansiyasına ödənişsiz xüsusi avtobuslar yola düşəcək. Azarkeşlərin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur. 
Qeyd edək ki, oyun saat 20:00-da başlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-atletiko-oyunundan-sonra-azarkesler-ucun-odenissiz-avtobuslar-ayrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR