"Qarabağ" UEFA Gənclər Liqasında ardıcıl 3-cü məğlubiyyətlə üzləşib

"Qarabağ" UEFA Gənclər Liqasında ardıcıl 3-cü məğlubiyyətlə üzləşib
16:02 18 Oktyabr 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün "Qarabağ” komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. 
“Report” xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya "Atletiko”sunu qəbul edib. İngiltərədə baş tutan ilk matçda "Çelsi”yə 0:5, ardınca Bakıda İtaliyanın "Roma” komandasına 0:3 hesabı ilə uduzan Azərbaycan çempionu bu görüşdə də məğlubiyyətlə üzləşib 1:4. "Qarabağ"ın turnirdə ilk qolunu ukraynalı Yaroslav Deda vurub. 
Qeyd edək ki, “Qarabağ”ı bu matça baş məşqçi Rəşad Sadıqov deyil, köməkçisi Aftandil Hacıyev çıxarıb. Buna səbəb Ağdam təmsilçisinin əsas komandasının kapitanının Çempionlar Liqasında “Atletiko” ilə matça hazırlaşmasıdır.
Gənclər Liqası 
Qrup mərhələsi, III tur 
C qrupu
18 oktyabr
14:00. "Qarabağ” (Azərbaycan) – "Atletiko” (Madrid, İspaniya) 1:4
Qollar: Yaroslav Deda, 18 - Karlos İsaak, 8. Oskar Klemente, 37. Toni Moya, 44. Aytor Punyal , 69 
Baş hakim: Vitali Meşkov 
Yan xətt hakimləri: Aleksey Lunyov, Nikolay Boqaç (hamısı Rusiya) 
Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan) 
UEFA nümayəndəsi: Tamar Çiçinadze (Gürcüstan) 
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan) 
Bakı. "Qarabağ” stadionu

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-uefa-gencler-liqasinda-ardicil-3-cu-meglubiyyetle-uzlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR