Tramp ölən əsgərin hamilə həyat yoldaşına elə sözlər dedi ki…

Tramp ölən əsgərin hamilə həyat yoldaşına elə sözlər dedi ki…
16:28 18 Oktyabr 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın Nigeriyada həlak olan amerikalı əsgər Devid Consonun ailəsinə dediyi sözlər gündəm olub.

Publika.az xəbər verir ki, prezident əsgərin həyat yoldaşına “başına gələcəkləri bilirdi” deyib.

D.Tramp bu sözləri D.Consonun həyat yoldaşı Mişia ilə etdiyi telefon danışığı zamanı deyib.

Prezidentin zəngi zamanı Konqresin üzvü Federika Vilson da Mişianın yanında oldub və prezidentin 3-5 dəqiqəlik danışığı zamanı həmin cümləni işlətdiyini təsdiq edib. O, çavuşun ailəsinin bu sözlərdən sonra böyük şok və üzüntü içində olduğunu deyib:

“Onlar heyrətə düşdülər. Sanki bunu demək kimi idi: Ölmək istəmirdisə, getməyəydi”.

Bununla yanaşı, D.Trampı həlak olan ABŞ əsgərlərinin ailələrinə başsağlığı verməməkdə qınayıblar. O isə “edə biləcəyimi düşündüyüm zaman zəng edirəm. Uyğun olanda zəng etmək xoşuma gəlir” deyib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR