“AXA Mbask”da kadr dəyişikliyi olub

“AXA Mbask”da kadr dəyişikliyi olub
16:37 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ “AXA Mbask” Sığorta Şirkəti ASC-də kadr dəyişikliyi olub.
Sığorta şirkətindən “Report”a verilən məlumata görə, bununla bağlı qərar “AXA Mbask”ın səhmdarlarının oktyabrın 16-da keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.
Qərara əsasən, şirkətin Təftiş Komissiyasının üzvü Ender Ertuğralın yerinə Sami Acarözmen təyin edilib.
Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/axa-mbask-da-kadr-deyisikliyi-olub-a-a-a-a-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR