Topçubaşov adına xəstəxanada ikinci sinif şagirdi əməliyyat zamanı ölüb

Topçubaşov adına xəstəxanada ikinci sinif şagirdi əməliyyat zamanı ölüb
16:42 18 Oktyabr 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.
"Report"un məlumatına görə, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib. 
Yaxınları iddia edib ki, narkoz çox verildiyi üçün uşaq ölüb.
Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş. 
Faktla bağlı araşdırmalara başlanılıb.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/topcubasov-adina-xestexanada-ikinci-sinif-sagirdi-emeliyyat-zamani-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR