Bakıda dəhşətli qəza: övladını qarşılamağa gedən ana... - VİDEO - FOTO

Bakıda dəhşətli qəza: övladını qarşılamağa gedən ana... - VİDEO - FOTO
17:05 18 Oktyabr 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dəhşətli yol qəzası baş verib.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, Mətbuat prospekti, Həsən bəy Zərdabi küçəsi 68 ünvanında "Mercedes" markalı avtomobil yolu keçən 35-38 yaşlı qadını vurub. 

Hadisə baş verən ərazidən 20-30 metr aralı piyada keçidi olmasına baxmayaraq, yolu keçən xanım ağır yaralanıb. 

Hadisə şahidlərinin sözlərinə görə, o, uşağını bağçadan götürməyə gedirmiş.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım avtomobili cəlb edilib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda dəhşətli qəza: övladını qarşılamağa gedən ana..


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/591467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR