"Dediyi pulu ona versəydim, dostu olardım" - Oksana ilə İslamın arasında qalmaqal - FOTO

"Dediyi pulu ona versəydim, dostu olardım" - Oksana ilə İslamın arasında qalmaqal - FOTO
17:17 18 Oktyabr 2017
71 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış aktyor İslam Mehrəliyev rəqqasə Oksana Rəsulova ilə dostluqlarına son qoyub. Bu haqda İslam Mehrəliyev Milli.Az-a danışıb:

"Dost sevilən, güvənilən və tez-tez görüşülən biridir. Təəssüf ki, "Maşın şou"da belə biri yox idi. Mənim həyatda çox dostlarım var. Amma incəsənət adamları deyil. İncəsənətdə olan dostlar sırf sənət yoldaşlarımdır. Bunlar ayrı-ayrı şeylərdir. Mən əkizlər bürcüyəm, əkizlər heç vaxt yalnız qalmaz. Əkizlər yalnız qalmağı özü istəyər. Əgər Oksananın "Maşın şou"nun finalında istədiyi pulu ona versəydim, dostu olardım".

Qeyd edək ki, bir neçə gün əvvəl "Maşın şou"da qonaq olan Oksana Rəsulova İslam Mehrəliyevlə dostluqlarına son qoyduğunu bildirmişdi. Oksananın "Maşın şou"nun finalında İslamdan pul tələb etməsi onlar arasında soyuqluq yaratmışdı.

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/591488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR