“Nəyin bahasına olursa-olsun, qalib gəlməliyik" - "Atletiko"nun prezidenti

“Nəyin bahasına olursa-olsun, qalib gəlməliyik" - "Atletiko"nun prezidenti
17:22 18 Oktyabr 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Bizim üçün hər oyun önəmlidir. "Qarabağ"la qarşılaşma isə hamısından vacibdir. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Atletiko"nun prezidenti Enrike Serezo "AS" nəşrinə açıqlamasında deyib.

Klub rəhbəri Çempionlar Liqasının qrup mərhələsində bu gün "Qarabağ"la keçiriləcək oyunla bağlı fikirlərini bildirib. O, ancaq qələbə haqda düşündüklərini qeyd edib: "Nəyin bahasına olursa-olsun, qələbə qazanmalıyıq. Bunu bacarsaq, pley-off mərhələsinin qapıları üzümüzə açılacaq. Bugünkü məqsədimiz qələbə, qələbə və yenə də qələbədir. "Roma" ilə oyunu əla keçirmişdik. Qələbə qazana bilərdik. Daha sonra "Çelsi" bizə qalib gəldi. İndi isə "Qarabağ"ı məğlub etmək məcburiyyətindəyik. Rəqib yaxşı komanda olsa da, biz mütləq 3 xal əldə etməliyik".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" görüşü saat 20:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR