Yaranı tikmək əvəzinə, yapışdıracaqlar

Elm adamları yaraları tikmək əvəzinə, yapışdıracaq maddəni kəşf ediblər.

Metbuat.az xəbər verir ki, cərrahlar parçalanmış və ya deşilmiş orqanları təmir etmək üçün cərrahi “zımba”, tikiş ipləri və telləri kimi üsullardan istifadə edirlər. Ancaq bəzən bu üsullar çox riskli olur.

Toxumaların zədələnmək və infeksiya qapmaq riski var. Ürək və ağciyər kimi genişlənən və ya daralan toxumalardakı tikişlər tam olaraq birləşməyə bilər.

“Biomedical” mühəndisələri bu problemlərin qarşısını almaq üçün toxumaları sürətlə birləşdirən cərrahi maddələr hazırlayıblar.

Amerika və avstraliyalı araşdırmaçılar protein tərkibli “plomb məcun” əldə ediblər. Bu maddə siçanların arteriya və ağciyər toxumalarına tətbiq edilib və yaraların çox sürətlə birləşdiyi müşahidə olunub.

Araşdırmaçılar bədəndəki “tropoelastin” maddəsinin xüsusiyyətlərini kəşf edərək, bədənin “elastin” maddəsini yaradan mexanizmlərini təqlid ediblər. Çeşidli reagentlər və katalizatorlarla fərqli “tropoelastin” proteinlərini bir araya gətirərək, bir məhlulda çarpaz birləşmələrini təmin ediblər. Nəticədə “MeTro” adlı çox istiqamətli elastik bir “hidrogel” əmələ gətirilib. Alimlər, “MeTro”nun zədələnmiş ürəyin sağaldılması üçün də faydalı olacağını düşünürlər. Bununla yanaşı, ağciyər yaralarına da çarə olacağı qeyd edilir.

Qeyd edək ki, gelin bütün elastik toxumalar üçün sızıntı yaratmayan yapışqan maddə olması önəmlidir. Bu maddə sayəsində iynə və tikişə ehtiyac qalmayacaq. Heyvanlar üzərində müsbət nəticələr verən gel insanlar üzərində test edilməyə başlanacaq.

Aysel Yaqubqızı / Metbuat.az

Böyrəkləri və qaraciyəri 15 günə sağaldır - XALQ TƏBABƏTİ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR