Təyyarədə rəzalət: bələdçilər növbəylə uladılar

Təyyarədə rəzalət: bələdçilər növbəylə uladılar
18:22 18 Oktyabr 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

"AirAsia" aviaşirkətinə məxsus laynerlərdən birinin göyərtəsində bələdçilər sərnişinləri şoka salıblar.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, sərnişinlərin təəccübünə səbəb uçuş zamanı stüardessaların növbəylə ulaması olub. Belə ki, təyyarə havaya qalxdıqdan sonra heyət üzvləri bir-bir mikrofona ulayıblar.

Çikaqodan olan Odri adlı sərnişin baş verənləri lentə alıb. Hadisə yanvar ayında baş versə də, bu barədə xəbər yalnız bu gün yayılıb.

Aviaşirkətin rəhbərliyi əməkdaşlarının bu hərəkətinə, hələ ki, heç bir açıqlama verməyib.

Qeyd edək ki, "AirAsia" Malayziyanın aviaşirkətidir. Bu şirkətə məxsus laynerlər 25 ölkədə 400-dən çox istiqamət üzrə yerli və beynəlxalq uçuşlar həyata keçirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR