Nazirlik: Bəzi əlillərə müavinət təminatının dayandırılacağı ictimai rəyi çaşdırmağa yönəlib

Nazirlik: Bəzi əlillərə müavinət təminatının dayandırılacağı ictimai rəyi çaşdırmağa yönəlib
18:47 18 Oktyabr 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Bəzi KİV-lərdə Milli Məclisə istinadən, guya, əlilliyi olan şəxslərin sosial müavinətlərlə təminatı sistemində dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə yayılan məlumatların heç bir əsası yoxdur".
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şğbəsinin müdiri Elman Babayev "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, hazırda hökumətdə qeyd edilən məsələ ilə əlaqədar heç bir layihə müzakirə olunmur: "Nazirlikdən Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə də əlaqə saxlanılıb. Komitədən sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə hər hansı məsələnin müzakirə olunmadığı bildirilib. Odur ki, sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə qeyd edilənlər ictimai rəyi çaşdırmağa yönəlib".

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/nazirlik-bezi-elillere-muavinet-teminatinin-dayandirilacagi-ictimai-reyi-casdirmaga-yonelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR