İraqın şimalından ixrac edilən neftin həcmi 3 dəfə azalıb

İraqın şimalından ixrac edilən neftin həcmi 3 dəfə azalıb
18:53 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

İraqın şimalındakı Kürd Muxtar Əyalətindən Türkiyənin Ceyhan limanına nəql edilən xam neftin gündəlik həcmi 3 dəfə azalıb.

Publika.az report-a istinadən xəbər verir ki, yerli muxtariyyətin hökuməti sentyabrın 25-dək Ceyhan limanına gündə təxminən 500-600 min barel neft ixrac edirdi.

Məlumata görə, hazırda Kərkük-Ceyhan boru kəməri ilə nəql edilən neftin həcmi 225 min barelə qədər azalıb.
İnformasiyaya əsasən, İraqın şimalındakı yerli hökumət xərclərinin 90 faizini neft gəlirinin hesabına ödəyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/217494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR