WhatsApp-da dostları izləmək mümkün olacaq

WhatsApp-da dostları izləmək mümkün olacaq
19:12 18 Oktyabr 2017
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

"WhatsApp" istifadəçiləri kontaktlar siyahısındakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər.

Milli.Az ICTnews-a istinadən xəbər verir ki, "Live Location" adlanan funksiya servisin hazırkı sahibi - "Facebook" şirkətindən götürülüb.

Yeni funksiyadan yaxın vaxtlarda həm "iOS", həm də "Android" qurğu istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı "Messenger"də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.

Məlumata görə, "Live Location" funksiyasından yararlanmaq üçün əvvəlcə istifadəçi və ya bütöv qrupla söhbətə (çat) başlamaq tələb olunur. Açılan çat pəncərəsində "+", daha sonra "Location" düyməsini basdıqdan sonra yeni "Live Location paylaşma" funksiyası görünməyə başlayacaq. Bundan başqa, olduğu yerin göstərilmə vaxtını seçdikdən sonra "Göndərmək" düyməsi basılır. Funksiya bir neçə istifadəçi ondan birlikdə qrup şəklində olan ünsiyyətdə istifadə edəndə də işləyir. Bu halda bütün iştirakçıların yerlərinin dəyişməsi real vaxt rejimində bir xəritədə göstəriləcək.

"WhatsApp" nümayəndələrinin sözlərinə görə, digər funksiyalar kimi, "Live Location" də "End-to-End Encryption (E2EE)" şifrləməsi ilə mühafizə olunacaq. Təhlükəsizlik üçün əlavə zəmanəti vaxtölçən təmin edəcək. İstifadəçilər olduqları yerin göstərilməsi funksiyasından istifadəni hər an söndürə və ya bunu vaxtölçənin edəcəyini gözləyə biləcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR