Azərbaycanlı müğənninin təqdimatına kimlər gəldi? - FOTOLAR

Azərbaycanlı müğənninin təqdimatına kimlər gəldi? - FOTOLAR
19:34 18 Oktyabr 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Rahidə Baxışova “Deməsinlər” adlı yeni mahnsına çəkilmiş klipi təqdim edib. Lent.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində jurnalistlərlə görüşən ifaçı bildirib ki, bu onun 2008-ci ildən sonra çəkilmiş ilk klipidir: "İllərdir ki, klip təqdim etmirdim. İstədim, fərqli bir işlə insanların qarşısına çıxım. Düşünürəm ki, "Deməsinlər" klipində məni fərqli ampulada görəcəklər. Fərqli imicdəyəm. Bütün bu işləri isə rejissor Natiq Novruzov ekranlaşdırdı. Necə alındığını isə tamaşaçılar bilər. Çünki ən sonda qiyməti onlar verir".

 

Qeyd edək ki, jurnalist Şahin Cavadsoyun təqdimatı ilə başlayan gecədə əməkdar artistlər Ədalət Şükürov, Vasif Məhərrəmli, müğənnilər Emil Bədəlov, Xuraman Şuşalı, Niyam Salami, Elnar Xəlilov, Yaşar Yusub, Aysel Əlizadə, rəqqasə Fatimə Fətəliyeva, Aşıq Namiq Fərhadoğlu və başqaları iştirak edib. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/285975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR