Suriyada müqavilə əsasında döyüşən Rusiya vətəndaşı ölüb

Suriyada müqavilə əsasında döyüşən Rusiya vətəndaşı ölüb
19:57 18 Oktyabr 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Xüsusi hərbi şirkətlə bağladığı müqavilə əsasında Suriyada döyüşən Rusiyanın Xantı-Mansisiy Muxtar Dairəsinin Meqion şəhərinin sakini, 25 yaşlı Mark Neymark minaya düşərək ölüb.
“Report” BBC-yə istinadən xəbər verir ki, bu məlumatı ölən hərbçinin həyat yoldaşı Kseniya Neymark da təsdiqləyib. O, həyat yoldaşının bu ilin iyunun 28-də Suriyaya yola düşdüyünü və oktyabrın sonun da “məzuniyyətə” çıxmağı planlaşdırdığını deyib.
M.Neymarkın ölümünü  Rusiyanın Suriyada əməliyyatlar keçiridyi bölgələrdə monitorinq aparan “Conflict Intelligence Team” qrupu yayıb.
Məlumata görə, o, yəhudi olub və onun Rusiya hərbçiləri ilə brlikdə Bəşşər Əsəd tərfdən döyüşməsi peşəkar hərbçi olmağından xəbər verir.
Qeyd edək ki, ölümündən sonra M.Neymarın ailəsinə müqavilə imzaladığı hərbi şirkət tərəfindən kompensasiya ödənilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/suriyada-muqavile-esasinda-doyusen-rusiya-vetendasi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR