Premyer Liqada məşqçi istefası

Premyer Liqada məşqçi istefası
20:42 18 Oktyabr 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Lester Siti" baş məşqçisi Kreyq Şekspiri istefaya göndərib. Buna klubun son vaxtlar uğursuz çıxış etməsi səbəb olub.

Belə ki, "tülkülər" bu mövsüm Şekspirin rəhbərliyi altdında daxili çempionatda 8 oyuna 6 xal toplayıb və bu göstərici klub rəhbərliyini razı salmayıb. Qərara əsasən, mütəxəssis bu gün klubdan uzaqlaşdırılıb. 

Qeyd edək ki, Şekspir bu postda Klaudio Ranyerini əvəzləmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR