Boks üzrə Avropa birinciliyində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb

Boks üzrə Avropa birinciliyində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb
21:02 18 Oktyabr 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində gənc boksçular arasında Avropa birinciliyində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, oktyabrın 21-də start götürəcək yarışa milli tam heyətlə təmsil olunacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.
Bunlar Həsən İbrahimov (49 kq), Amid Əlizadə (52 kq), Orxan Həsənov (56 kq), Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Surət Qarayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevdir (+91 kq). 
Bakıdakı təlim-məşq toplanışını oktyabrın 19-da başa vuracaq yığma ertəsi gün Antalyaya yollanacaq. Səkkiz gün davam edəcək Avropa birinciliyinə isə 33 ölkədən 200-ə yaxın boksçunun qatılması gözlənilir.
Qeyd edək ki, yarışda Azərbaycanı 10 boksçu ilə yanaşı, beynəlxalq dərəcəli hakim Rövşən Hüseynov da təmsil edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/boks-uzre-avropa-birinciliyinde-istirak-edecek-azerbaycan-yigmasinin-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR