Heyvanı balla qarışdırıb yesəniz... - HEYRƏTAMİZ FAYDALARI

Heyvanı balla qarışdırıb yesəniz... - HEYRƏTAMİZ FAYDALARI
22:05 18 Oktyabr 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir-birindən güclü antioksidant təsirli iki qida - bal və heyva birlikdə yeyildikdə orqanizmdə nə baş verə bilər?

Heyvanın mövsümü gəlib, bal isə bütün mövsümlərdə dərdlərimizə çarədir.

Milli.Az ailem.az-a istinadən bu iki qidanın bir yerdə yeyildikdə orqanizmə hansı faydalar verdiyini sadalayır.

- Balın və heyvanın tərkibindəki birləşmələr tıxanan damar yollarını açır, ürək-damar xəstəliklərinin qarşısını alaraq iflic riskini aradan qaldırır.
 
- Bal heyva ilə birlikdə istifadə edildikdə ürəkbulanma və qusmanın qarşısını alır.
 
- Heyva və balın antioksidant xüsusiyyəti orqanizmdə bakteriya və göbələk yaranmasını əngəlləyir.
 
- Tərkibində yüksək faizli lif olan heyva balla birlikdə yeyildikdə arıqlamağa yardımçı olur.
 
- Qan yaradan xüsusiyyətləri olan heyva və bal allergik xəstəliklərə qarşı da faydalıdır.
 
- Sidik qovucu xüsusiyyətlərə sahib heyva balla birləşdiyində həzm sisteminə kömək edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/591354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR