Yevlaxda zəncirvari qəza baş verib, xəsarət alan var

Yevlaxda zəncirvari qəza baş verib, xəsarət alan var
22:43 18 Oktyabr 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir–Xaldan marşrutu ilə hərəkət edən sərnişin avtobusu Yevlax ərazisində qəzaya uğrayıb.

Publika.az bildirir ki, bu barədə "Report” xəbər yayıb. Hadisə axşam saatlarında rayonun Xaldan qəsəbəsi ilə Əkşəm kəndi arasında baş verib.

Qəfil qarşısına çıxan traktordan yayınmaq istəyən “Ford” markalı mikroavtobusu arxadan vuran “Mercedes” markalı minik maşını avtobusun traktorla toqquşmasına səbəb olub. Nəticədə xəsarət alan “Ford”un sürücüsü Elşən Qarayev xəstəxanaya yerləşdirilib.

Mingəçevirlə Yevlaxın Xaldan qəsəbəsi arasında daimi sərnişin daşıyan mikroavtobusda hadisə zamanı sərnişin olmayıb. Hadisədən az öncə son reysini başa vurmuş sürücü sərnişinləri dayanacaqda düşürdüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/217515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR