Dieqo Simeone: "Qarabağ"la heç-heçə bizim üçün gözlənilməz nəticə oldu"

Dieqo Simeone: "Qarabağ"la heç-heçə bizim üçün gözlənilməz nəticə oldu"
22:47 18 Oktyabr 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ İspaniya "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone Bakıda "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından sonra mətbuat konfransı keçirib.
"Report"un məlumatına görə, argentinalı mütəxəssis birbaşa sualları cavablandırıb...
Gözlənilməz nəticə idi. Niyə belə oldu?
- Bəli, gözlənilməz nəticə oldu. İlk hissədə bir neçə qol fürsəti yaratsaq da, fərqlənə bilmədik. Bu epizodları boşa verməyimiz komandanın üzərində təzyiq yaratdı. Xal itirmək qorxusu yarandı ki, sonda belə də oldu. Bu oyunu unudub, qarşıdakı matçlara köklənəcəyik. Bu yaxınlarda klubla yeni müqavilə imzaladım. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq.
“Qarabağ”ın oyunu barədə nə deyə bilərsiniz?
- Rəqibin heyətində əsasən, qapıçının (İbrahim Şehiç. - red) oyununu fərqləndirərdim. İlk hissədə Qrizmann və Karraskonun zərbələrini zərərsizləşdirdi. Bundan əlavə, “Qarabağ” müdafiədən hücuma yaxşı çıxırdı.
Komanda bu gün hərəkətsiz görünürdü. Bu gün “Atletiko”da nə çatışmırdı?
- Bu fikirlə razı deyiləm. Komandada fiziki çatışmazlıq yoxdur. Sadəcə, yaratdığımız qol fürsətlərindən istifadə edə bilmədik. Bu da ikinci hissədə komandanın üzərində təzyiq yaratdı. Bu gün yaxşı oynadıq, sadəcə, qol vura bilmədik.
Necə düşünürsünüz, bu gün “Qarabağ” 1 xal qazandı, yoxsa “Atletiko” iki xal itirdi?
- Buna cavab verə bilmirəm. Tənqidçi jurnalistlər var, bu suala onlar cavab verə bilərlər. Bu oyunda 3 xala ehtiyacımız var idi. Rəqib də bundan istifadə edib, bizi əks-hücumda cəzalandırmaq istəyirdi ki, bu da onlarda alınmadı.
“Atletiko” 4 oyundur qələbə qazana bilmir. Bu oyunlarda gücünə görə yalnız “Barselona”nı xüsusi fərqləndirmək olar. Bu göstəricidən narahat deyilsiniz?
- Xeyr, bu, məni narahat etmir. Çünki pis oynamırıq. Futbolçular meydanda mübarizə aparırlar.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dieqo-simeone-qarabag-la-hec-hece-bizim-ucun-gozlenilmez-netice-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR