Zidan: "Nəticə pis deyil"

Zidan: "Nəticə pis deyil"
23:52 18 Oktyabr 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan "Tottenham"lə oyundan (1:1) sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəsis nəticənin normal olduğunu qeyd edib.

"Biz güclü komandaya qarşı oynadıq. Daha çox qol vura bilərdik, amma belə alındı. Nəticə pis deyil. Növbəti oyun Londonda olacaq."Wembley"də qalib gəlməyə çalışacağıq. Artıq növbəti oyun barədə düşünürük. "Wembley" "Tottenham"ın öz stadionu deyil, amma Çempionlar Liqasına yad məkan deyil.

Mən zərurət meydana çıxmasa, əvəzləmə etmirəm. Asensio Benzemanın yorulmasına görə, Vazkes isə yeni nəfəs üçün meydana buraxıldı. Navas isə, həmişəki kimi yaxşı idi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR