Mənzil bazarında ucuzlaşma var

“2014-cü ildən mənzil bazarında evlərin dollarla qiymətində ucuzlaşma müşahidə edilir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, mənzil bazarında kifayət qədər psixoloji təziqlər var:

“Mənzillərin qiymətinin artacağı ilə bağlı mətbuata daimi olaraq məlumat sızdırılır. Təcrübə göstərir ki, sızdırılan bu məlumatların əksəriyyəti baş vermir. Təəssüflər olsun, bu gün psixoloji təziqlərlə mənzil bazarındakı qiymətləri yüksək olaraq saxlamağa çalışırlar. 2014-cü ildən sonra inşaat sektorunda durğunluq müşahidə edilir. 2016-cı ilin Dövlət Statistika Komitəsinin verdiyi yekunlara əsasən, inşaat sektorunda 30%-dan çox azalmalar qeydə alınıb. Bu da inşa edilən binaların sayının azalması ilə bağlıdır. Mənzillərin qiymətlərinin liberallaşdırılması üçün evlərin inşasında tələb olunan prosedurların sayının minimuma endirilməsinə ehtiyac var. Mənzillərin təhvil alınması ilə bağlı prosedurlar sadələşdirilməlidir. Eyni zamanda, iqtisadi sektorda daha çox investisiyanın cəlb edilməsi dövlət tərəfindən təşviq olunmalıdır. Çünki nə qədər çox bina inşa edilər və investisiya təşviq olunarsa, mənzil təklifi bir o qədər artar. Bu da qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

BAKI: O universitetdə nə baş verir? - İlk rəsmi açıqlama – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR