Pyaniç Çempionlar Liqasının tarixinə düşüb

Pyaniç Çempionlar Liqasının tarixinə düşüb
13:22 19 Oktyabr 2017
35 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç Çempionlar Liqasının qrup mərhələsində "Sportinq"ə qarşı oyunda cərimə zərbəsindən fərqlənib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı havbek bu turnirdə 3 fərqli komandanın heyətində cərimə zərbəsindən qol vuran ilk futbolçu olub. Bosniya və Hertseqovina millisinin üzvü "Roma" və "Lion"un forması altında da eyni göstəriciyə nail olmuşdu.

O, Çempionlar Liqasında 2009-cu ildə debüt edib. Həmin vaxtdan vurduğu cərimə zərbələrinin sayına görə Pyaniç yalnız Ronaldo və Vilyandan geri qalır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR