Mingəçevirdə kütləvi dava olub, 22 yaşlı gənc ağır xəsarət alıb

Mingəçevirdə kütləvi dava olub, 22 yaşlı gənc ağır xəsarət alıb
13:22 19 Oktyabr 2017
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 19 oktyabr. REPORT.AZ/ Mingəçevir şəhərində kütləvi dava olub. 
"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində qeydə alınıb.
Belə ki, həmin massivin sakini, 1995-ci il təvəllüdlü Elman Əkbər oğlu Quliyev mübahisə zəminində eyni vaxtda üç nəfər tərəfindən döyülüb. Nəticədə onun su arxına yıxıldığı və müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralının xəstəxanaya çatdırıldığı bildirilib. 
Eyni zamanda hadisə yerinə gələn zərərçəkənin anasının da təhqir olunaraq kobudluğa məruz qaldığı vurğulanır. 
E.Quliyevin məcburi köçkün olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-kutlevi-dava-olub-22-yasli-genc-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR