2 avtomobil toqquşdu: sürücülər yaralandılar - VİDEO - FOTO

2 avtomobil toqquşdu: sürücülər yaralandılar - VİDEO - FOTO
13:22 19 Oktyabr 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında Xaçmaz rayonunda da yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonundan keçən hissəsində qeydə alınıb.

"VAZ-2106" markalı maşınla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində Xaçmaz rayon sakinləri - 22 yaşlı Elşad Baladadaşov və 24 yaşlı Orxan Əmirquliyev xəsarət alıb. Hər iki şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

2 avtomobil toqquşdu - Sürücülər yaralandı


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/591722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR