Nərimanovda müəssisədən içərisində 150 min manat olan seyfi oğurlayan şəxs tutulub

Nərimanovda müəssisədən içərisində 150 min manat olan seyfi oğurlayan şəxs tutulub
13:23 19 Oktyabr 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda müəssisədən oğurluq edən şəxs tutulub.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rafiq Məmmədovun ətrafında Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2008-ci il oktyabrın 9-da rayon ərazisindəki müəssisələrin birindən 150.000 manat, 10.000 ABŞ dollar və sənəd olan seyfi oğurlaması da müəyyən edilib. 
Fakt üzrə araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/nerimanovda-muessiseden-icerisinde-150-min-manat-olan-seyfi-ogurlayan-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR