Zaurdan Tacirə ikibaşlı sual: "Kişi elədiyini deyər?" - VİDEO

Zaurdan Tacirə ikibaşlı sual: "Kişi elədiyini deyər?" - VİDEO
13:24 19 Oktyabr 2017
34 Digər
Ölkə mətbuatı
A- A+

 

“Xəzər Tv”-nin “5/5” verilişində qonaq olan müğənni Tacir Şahmalıoğlu aparıcı Zaur Kamalın gözlənilməz sualı ilə qarşılaşıb. Lent.az-ın məlumatına görə, aparıcı müğənniyə “Kişi elədiyini deyər?” sualına bu cür cavab verib: “Sizin sualınızı hansı sahədə dediyinizi bilmirəm. Deyiləsi sözdürsə, deyər. Kişi elədiyini deyər”.

 

Müğənninin bu sözlərinə cavab olaraq aparıcı “Amma sizi kişilik etdiz, demədiniz”, deyib.

 

T.Şahmalıoğlu F.Laçınla duet oxuduğuna görə peşman olmadığını deyib: “Mənim Fədayə ilə yaratdığım musiqiləri başqaları yarada bilməz. Bir dəfə yarandı və bitdi".

 

Qeyd edək ki, T.Şahmalıoğlu “APA TV”-nin “Show time” verilişində qonaq olan zaman bir zamanlar müğənni Fədayə Laçınla sevgili olduğunu danaraq, bu sözləri demişdi: “"Mənim ailəm var, balalarım var. Mən ailəmin bir tükünü milyon insana dəyişmərəm. Duet ortaqlığı belədir ki, biz məcburən bir yerdə olurduq. Bir yerdə olanda deyirlər ki, sevgili həyatı yaşayırıq. Bəlkə Fədayə xanım mənim sevirmiş, mənim bundan xəbərim olmayıb. Fədayə xanım çox şey deyə bilər. Mən onunla sevgili olmamışam. Sevmək? Sevmək ancaq qızla oğlan arasında olur. Qız uşağı olanda olur. O mənə qədər bir neçə insanla tanış olub. Mən onla necə sevgi yaşaya bilərəm ki? Fədayə çox şey deyə bilər. Amma mənim ailəm var”.

 

Aparıcı Zaur Tacirə: "Kişi elədiyin deyər?" CAVABA DİQQƏT

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR