Kataloniyadan İspaniyaya təhdid: "Yoxsa müstəqilliyimizi elan edərik"

Kataloniyadan İspaniyaya təhdid: "Yoxsa müstəqilliyimizi elan edərik"
13:42 19 Oktyabr 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

Kataloniya muxtar vilayətinin lideri Karles Puçdemon İspaniyanın Baş naziri Mariano Raxoya növbəti məktub göndərib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məktubda K.Puçdemon İspaniya hökumətinin görüşdən imtina edəcəyi təqdirdə, Kataloniyanın müstəqilliyini elan edəcəklərini bildirib.

Məsələ ilə bağlı İspaniya hökumətinin təcili iclasının keçiriləcəyi deyilir.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR