İtaliyanın iki vilayətində səlahiyyətlərin artırılması ilə bağlı referendum keçiriləcək

İtaliyanın iki vilayətində səlahiyyətlərin artırılması ilə bağlı referendum keçiriləcək
13:57 19 Oktyabr 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ “Biz mərkəzi hakimiyyətin səlahiyyətlərinin bir qisminin İtaliyanın bütün bölgələrinə verilməsini təklif etmək istəyirik”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri, “İrəli, İtaliya” Partiyasının sədri Silvio Berluskoni ölkənin şimalındakı Lombardiya və Veneto bölgələrində oktyabrın 22-də keçiriləcək referenduma həsr edilən tədbirdə bildirib.
O, İtaliyanın bütün vilayətlərinə muxtariyyət verilməsi ilə bağlı keçirilən referendumu dəstəklədiyini deyib. 
Məlumata görə, oktyabrın 22-də Veneto və Lombardiyada “Əyalətin daha çox muxtariyyət haqqının olmasını istəyirsinizmi” sualı əsasında regional məşvərət referendumu keçiriləcək. Bu bölgələrdəki yerli hökumətlərin səhiyyə, təhsildən sosial siyasətədək əmək bazarının tənzimlənməsi sahəsində daha çox səlahiyyət verilməsinə iddia etdikləri deməkdir.
İtaliya konstitusiyasında bu səlahiyyətlər nəzərdə tutulsa da, muxtariyyət həddi müəyyənləşməyib. Bunu isə regional hakimiyyətlə mərkəzi hökumət arasında danışıqlar yolu ilə təyin etmək istəyirlər. Referendumun keçirilməsi hüquqi cəhətdən qanuni olsa da, praktik əhəmiyyət daşımır.
Qeyd edək ki, İtaliyanın 20 vilayəti var. Onlardan 5-nin – Trentino-Alto-Adice, Valle dAost, Friuli-Venesiya-Culiya, habelə Sardiniya və Siciliya adalarının tarixi və coğrafi muxtariyyət statusu var.
Venesiya Respublikası ləğv edildikdən sonra Venetoda da ənənəvi separatçılıq meyilləri güclənib. Lombardiya isə iqtisadi cəhətdən statusa malikdir. İtaliyada adambaşına düşən ümumi daxili məhsulun həcminin əhəmiyyətli hissəsi bu vilayətin payına düşür. Veneto və Lombardiya vilayətlərinin əhalisinin sayı 20 milyon nəfərdir.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-taliyanin-iki-vilayetinde-selahiyyetlerin-artirilmasi-ile-bagli-referendum-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR