Sarkisyandan İlham Əliyevlə görüşdən qayıdan kimi GÖZLƏNİLMƏZ ADDIM

Sarkisyandan İlham Əliyevlə görüşdən qayıdan kimi GÖZLƏNİLMƏZ ADDIM
14:18 19 Oktyabr 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan hakimiyyətinin daxilində razılaşma əldə olunub.

Publika.az
xəbər verir ki, prezident Serj Sarkisyan Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən qayıdandan sonra baş nazir Karen Karapetyanla razılaşıb.

“Jamanak” qəzeti yazır ki, Sarkisyan 2018-ci ildə baş nazir, Karen Karapetyan isə baş nazirin müavini olacaq.

“Sarkisyan Cenevrə görüşündən qayıdandan sonra Karapetyanı inandırmağı bacardı ki, o, baş nazir, Karen isə baş nazirin müavini olsun. Sarkisyan Karapetyana bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etmək baş nazirin səlahiyyətlərinə daxil olacaq, baş nazirin müavini olacaq Karapetyan üçün isə heç nə dəyişməyəcək. Ona hökumətin iclasını keçirmək, kadr islahatları aparmaq və hökumət binasına rəhbərlik etmək səlahiyyəti veriləcək. Sarkisyan isə baş nazir olaraq Baqramyan 26-da (Ermənistan prezidentinin qərargahı - red.) oturacaq. İndi Ermənistanın yeni prezidenti üçün iqamətgah axtarırlar. İstisna deyil ki, yeni seçiləcək prezident Sarkisyanla birgə prezident iqamətgahında oturacaq”, - deyə qəzet yazıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/217587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR