Tədris sistemi dəyişdi: tələbələr 4 dəqiqə VAXT VERİLİR

Tədris sistemi dəyişdi: tələbələr 4 dəqiqə VAXT VERİLİR
14:23 19 Oktyabr 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) I kurslarının tədrisində yeni bir sistem tətbiq olub.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, rektoru Gəray Gəraybəyli bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, I kurs tələbələri artıq ilkin tibbi yardım dərslərini mulyajlar vasitəsilə praktiki bacarıq formasında keçəcəklər. Yeni sistem tələbələrin praktiki biliklərini artırmasına yardımçı olacaq, onların praktiki tibbi fəaliyyətlərə yiyələnməsinə müsbət təsir göstərəcək. Layihə bu ildən pilot layihə kimi tətbiq edilər. Bu ildən etibarən dərslərdə tələbələrə ürəyin qapalı masajı (“CPR”)və süni tənəffüs verilməsi prosesi kimi əhəmiyyətli proseduralar da tətbiq edilir.

Bu layihənin tətbiqində məqsəd tələbələri xəstəliklərin müayinə və müalicəsi, etiologiyası ilə yanaşı xəstəliklərin dünyada qəbul edilmiş kod adları, təsnifatı ilə, beynəlxalq terminlərə alışdırmaqdır.

Amerika Ürək Assosiasiyasının tərtib etdiyi protokola əsasən, tibbi təhsil alan tələbələrə öyrədilməsi vacib sayılan məsələ onlara vaxtında, korrekt və dəqiq şəkildə ilk yardımı göstərə bilməkdir. Çünki bu yardım vaxtında olmazsa, beyin ölümünə gətirib çıxara bilər və bundan sonra yardımın heç bir köməyi olmayacaq. Beyin ölümü ilə klinik ölüm arasında 3-4 dəqiqə vaxt var. Və bu az zaman ərzində tələbələr pasiyentin xilası üçün əlindən gələni etməyi bacarmalıdır.

Bu pilot layihəsi çərçivəsində I kurs tələbələrinə əsas 9 bacarıq öyrədilir: CPR (ürək masajı), Hemlix manevrası (nəfəs tıxılması nəticəsində qarının üstünü basma bacarığı), aseptika, antiseptika qaydaları və sarğıların qoyulması, qanaxmaların dayandırılması, nəbzin, tənəffüsün və arterial təzyiqin ölçülməsi, iynələrin vurulması (əzələ və vena daxili), sınmış və çıxığı olan xəstələrə ilk yardım, şinaların qoyulması, belə xəstələrin daşınma qaydaları və nəhayət, dəm qazı ilə zəhərlənmiş, yanmış insanlara ilk yardımın göstərilməsi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/217585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR