Zaur ikinci dəfə ərə gedən Sevdanın keçmişini açıb-tökdü: O qədər başına pul tökmüşəm ki... - FOTO

Zaur ikinci dəfə ərə gedən Sevdanın keçmişini açıb-tökdü: O qədər başına pul tökmüşəm ki... - FOTO
14:27 19 Oktyabr 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün "5/5" verilişində Zaurun qonaqlarından biri Sevda Sanaliyeva olub.

Milli.Az xəbər verir ki, rəqqasəlikdən müğənniliyə keçən Sevda Zaurun gözlənilməz ifadələri ilə qarşılaşıb.

Aparıcının "Rəqsi niyə atdın? Yaraşırdı, boyun, buxunun. O qədər başına pul tökmüşəm, yadındadır?" sözlərinə müğənni təəccüblü şəkildə "Yorulmursunuz o sualı verməkdən? Pul? Ay yalansa... Ola bilər, bir az (gülür)" cavabını verib.

Müğənninin cavabından qane olmayan Zaur canlı yayımda səs rejissorundan mikrofonların söndürülməsini tələb edib:

"Səsini alın bir söz deyəcəm, yadına salacam".

Aparıcıyla Sevdanın qısa çəkən müəmmalı dialoqundan sonra yenidən mikrofonların səsi artırılıb.

Qeyd edək ki, Sevdanın ikinci evliliyi Cəmil adlı bəylə olub. Cütlüyün iki azyaşlı övladı var.

Həmin anı əks etdirən görüntüləri təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/591774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR