Yarat Müasir İncəsənət Mərkəzində Yaponiyanın məşhur işıqlandırma dizayneri ilə görüş olacaq

Yarat Müasir İncəsənət Mərkəzində Yaponiyanın məşhur işıqlandırma dizayneri ilə görüş olacaq
14:37 19 Oktyabr 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 20-də Yarat Müasir İncəsənət Mərkəzində Yaponiyanın məşhur işıqlandırma üzrə dizayneri Daisuke Yano "Yaponiyanın işıqlandırma texnologiyası - Yapon kağızı və işıq" mövzusunda təqdimat və təlim proqramı ilə çıxış edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Yapon Brendi Proqramı" yapon texnologiyası və təcrübəsini dünyanın müxtəlif ölkələrinə yaymaq, Yaponiya və yapon mədəniyyətinə olan marağı artırmaq və yaponların düşünmə tərzini daha dərindən tanıtmaq məqsədi ilə həyata keçirilir. Daisuke Yano - məşhur yapon işıqlandırma dizayneri, Tokyo Lighting Design şirkətinin yaradıcısı və direktorudur. "DSA Dizayn Mükafatı 2016"-nın Mükəmməllik Mükafatının qalibi, "Yaxşı Dizayn Mükafatı 2016"nın qalibi, "Qrafik Dizayn üzrə Mükafat 2016"da qızıl mükafatla təltif olunmuş Daisuke Yano öz işləri ilə təkcə Yaponiyada deyil, eyni zamanda bir çox Asiya ölkələrində də məşhurdur. İşləri arasında Honq Konq Beynəlxalq Ticarət Mərkəzi, Sinqapurda Ocean Maliyyə Mərkəzi və dünyada çox tanınan "Gardens by the Bay" park və əyləncə məkanında illüminasiya, eyni zamanda yapon məbədlərində illüminasiya kimi layihələri misal göstərmək olar.

Tədbir işıq və işığın yapon qavrayışı haqqında təqdimat ilə başlayıb, ənənəvi yapon kağızı (vaşi) və şamlardan istifadə olunacaq təlim proqramı ilə davam edəcək. Tədbirin açılışında Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori nitq söyləyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/591782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR