MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında 25 sənəd imzalandı

MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında 25 sənəd imzalandı
14:37 19 Oktyabr 2017
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda 8 ölkənin sərhəd qoşunları xidmətinin nümayəndələri iştirak edib.

Tədbirə həmçinin, MDB İcrayə Komitəsinin rəhbəri qatılıb.

Tədbirdə iştirak edən MDB Sərhəd Qoşunları Komandanları Şurasının koordinasiya xidmətinin sədri, Rusiya Sərhəd Qoşunları komandanının sədr müavini Aleksandr Manilov bildirib ki, bugünkü iclasın gündəliyinə üzv ölkələrin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmlənməsi ilə bağlı 9 çox əsas məsələ daxil edilib.

Onun sözlərinə görə, iclasın yekununda 25 sənəd imzalanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/591778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR