Anasını və atalığını bacılarının gözü önündə öldürdü

Anasını və atalığını bacılarının gözü önündə öldürdü
12:59 9 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Amur vilayətində 19 yaşlı gənc anasını və atalığını öldürüb. Lent.az-ın məlumatına görə, qətl törədilməmişdən əvvəl ailədə kəskin mübahisə yaranıb. Mübahisəyə səbəb kimi isə gəncin işləmək həvəsinin olmaması göstərilir.

 

Ailədəki münaqişədən bezən oğlan gecə evdən çıxıb və səhər geri qayıdanda mübahisənin davam etdiyini görüb. Artıq əsəblərinə hakim ola bilməyən gənc bıçağa əl atıb və 1969-cu il təvəllüdlü atalığını və 1975-ci ildə anadan olmuş anasını bıçaqlayıb. Hadisə baş verən zaman onun azyaşlı bacıları da otaqda olub.

 

Qətli törədən şəxs hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən həmin gün saxlanılıb. Polisin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs daha əvvəllər oğurluq maddəsi ilə həbs olunubmuş.

 

Faktla bağlı cinayət işi açılıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR