Tibb bacısı oğlunun cəsədi ilə qarşılaşdı və...

Ötən gün axşam Salyanda 7 yaşlı uşağın naməlum avtomobillə vurulub öldürülməsi faciəsinin daha da faciəli təfərrüatı məlum olub.

Həmin uşağın anası Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzinin tibb bacısıdır. Qadın uşağı evdə nənəsi ilə qoyub işə gedib, az sonra oğlunun cansız bədəni ilə xəstəxanada qarşılaşıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində “Ay işığı” mağazasının qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Əhmədov Ayxan Sabir oğlu mağazadan çıxıb evlərinə getmək istəyərkən onu naməlum, ağ rəngli VAZ-2107 markalı avtomaşın vurub. Uşaq xəstəanaya gətirilərkən yolda keçinib.

Məlum olub ki, həmin gün balaca Ayxanın anası Aytəkin tibb bacısı işlədiyi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzində növbədə olub. Ona görə də o və qardaşı evdə nənələrinin yanında qalıblar. Bu vaxt Bakıdan bibilərinin nişanlısı Cavid Abdullayev onlara gəlib.

Bazarlıq üçün yaxınlıqdakı “Ay İşığı “ marketinə yollanan C.Abdullayevə Ayxan və qardaşı da qoşulub. Mağazadan çıxan zaman isə uşağı hələ də axtarışda olan maşın vuraraq qaçıb. Həyatının son anlarını yaşayan balaca Ayxan dərhal yaxınlıqda olan insanlar tərəfindən Salyan Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanaya ağır yaralı gətirildiyini eşidən ana dərhal ona yaxınlaşıb və... bir qədər evdə qoyub gəldiyi 7 yaşlı oğlunun cəsədini görüb...

Qeyd edək ki, cinayəti törədib qaçan sürücü hələ tutulmayıb. //virtualaz.org

Bakıda sərnişinlər ölümdən döndü - O anlar kameraya düşdü... / VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR