Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT

Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
15:49 19 Oktyabr 2017
32 Digər
Ölkə mətbuatı
A- A+

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları soyğunçuluq edən şəxsi yaxalayıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 18-də saat 9 radələrində “Moskva” ticarət mərkəzində naməlum şəxs bir qadının qulağındakı qızıl sırğasını qoparıb qaçıb. Həmin ərazidə xidmətdə olan Mühafizə Polisinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxs bir qədər aralıda yaxalanıb və o, şübhəli şəxs qismində saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib. 

 

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Hüseynov olduğu məlum olub. Onun üzərinə baxış keçirilən zaman həmin qadına məxsus qızıl sırğa maddi sübut kimi, həmçinin 0,399 qram heroin də aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi açılıb.            


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR