Xərçəngin qarşısını alan YUMURTA

Xərçəngin qarşısını alan YUMURTA
15:53 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

İnsan interferonuyla zəngin yumurta yumurtlayan toyuq növü yetişdirilib.

Publika.az xəbər verir ki, bu yeniliyi Yaponiyanın “Cosmo Bio Co” şirkətinin biotexnoloq-alimləri Milli Sənaye və Texnologiya İnstitutunun tədqiqatçıları ilə birgə əldə ediblər.

Tədqiqatçıları xoruz cinsiyyət hüceyrələrinin genetik modifikasiyası üzərində eksperiment aparıblar. Geni modifikasiya edilmiş sperması ilə mayalanan yumurta hüceyrələrdən əmələ gələn yumurtaların tərkibində aktiv beta-interferon sintez olunur.

Beta-interferon isə insanın immun sistemi üçün çox vacib elementdir. Bu xərçəng və hepatitin bir çox növlərinin müalicəsində istifadə olunan dərmanların aktiv komponenti olan zülaldır.

Alimlər hesab edir ki, yeni texnologiya onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan interferon əsaslı dərmanların qiymətini xeyli ucuzlaşdıra bilər. Bu layihə dövlət tərəfindən də dəstəklənib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/217597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR